15.02.2015 / 11:33 xeber –
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır. Bu barədə Trend-ə Mərkəzdən məlumat veriblər.
Laboratoriya yaxın aylarda yaradılacaq. Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.
Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək.
Mənbə : Lent.az