İçeriğe geçmek için "Enter"a basın

İTV Avropa Yayımları Birliyindən Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb edib

19-05-2019

[r32]

19 May, 2019  21:28 xeber – İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

“Report” xəbər verir ki, müraciət ötən gün “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir.



mənbə :
Report.az

İTV Avropa Yayimlari Birliyinden Azerbaycan xeritesi ile bagli buraxilan sehve gore aciqlama teleb edib