[r32]
19 May, 2019 20:53 xeber – Şamaxı-Pirqulu yolunda baş vermiş yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü, Şamaxının hazırda Bakıda yaşayan Kürdəmiç kənd sakini Atəş Quluyev olub.
Qəza nəticəsində sürücünün dünyasını dəyişən 3 yaşlı övladının Quluyev Əmrah Atəş oğlu olduğu deyilir. Avtomobildə olan digər azyaşlı sərnişinlər – 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu və digər sərnişin Hüseynli Turan xəstəxanada müalicə olunurlar.
Faktla bağlı araşdırmalar aparılır.
***20:53
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun məlumatına görə, saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az