[r32]
16 May, 2019 23:45 xeber – Göygöl rayon sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, 50 yaşlı İkram Rəhimov dağlıq ərazidə atdan yıxılaraq ağır xəsarət alıb.
O, öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az