İçeriğe geçmek için "Enter"a basın

Qadınlarda bu oynaq daha tez-tez çıxır

14-04-2019

[r32]
xeber –

Digər oynaqlar kimi çənə oynağında da çıxıq yarana bilər.

Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin hazırladığı məlumatda bildirilir ki, insanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir. Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər.

Belə çıxıqlar hansı səbəblərdən yaranır?
– qida qəbulu, əsnəmə, qışqırma, qusma və s. zamanı ağzın birdən və güclü açılması,

– aşağı çənənin birdən və güclü aşağı salınması (misal üçün, qida qəbulu zamanı),

– dişlərin çəkilməsi, pis vərdişlər (dişlərlə butulkaların, bağlamaların açılması vərdişi və s.),

– bağların, oynağın zəifləməsinə səbəb olan bəzi xəstəliklər (revmatizm, podaqra və s.),

– müxtəlif travmalar (yıxılma, zərbə və s.).

Məlumata görə, qadınlarda çənə çıxığına kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu qadınların fiziologiyası ilə bağlıdır. Qadınlarda çənə oynağı kisəsi daha kiçikdir və bu səbəbdən oynağın başcığı oynaq kisəsindən daha asan çıxır…
mənbə :
Lent.az

Qadinlarda bu oynaq kisilere gore daha tez-tez cixir