[r32]
xeber –
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin qiymətləndirilməsi üçün imtahan keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildirilib ki, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşbaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub.
Ayrı-ayrı gənclərin isə peşə hazırlığının bir ay uzadılması qərara alınıb. Ötən dövrdə Peşə Reabilitasiya Mərkəzinə bütün bölgələr üzrə 1650-dək gənc qəbul edilib.
mənbə :
Lent.az