[r32]
xeber –
Gəncədə dağıntılar altında qalaraq dünyasını dəyişən fəhlənin adı məlum olub.
ONA-nın yerli bürosunun məlumatına görə, bu, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham İsgəndərovdur.
O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.
Qeyd edək ki, bu gün Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə “Dubay bazarı” adlanan ərazidə qeydə alınıb.
Bildirilir ki, həmin ərazidə gedən tikinti işləri zamanı fəhlələrdən biri dağıntılar altında qalaraq can verib.
mənbə :
Lent.az