[r32]
Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur. Buna soğanın Türkiyə və ərəb ölkələrinə ixrac edilməsinin səbəb olduğu bildirilir. İranda martın 4-dən kartof və soğanın ixracı qadağan edilib.
Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.
Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.
Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.
Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.
Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur. Buna soğanın Türkiyə və ərəb ölkələrinə ixrac edilməsinin səbəb olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrüfatı məhsulları idxal edir.
2019-03-31T16:14 xeber – /strong
mənbə :
Sputnik
Azərbaycanda soğan “böhranının” daha bir səbəbi bəlli oldu
31-03-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib