İçeriğe geçmek için "Enter"a basın

ABŞ şirkəti: Paşinyanın reytinqi düşüb

28-03-2019

[r32]
Reytinqin nəticələri cüzi fərqlə erməni təşkilatlarının sosial sorğuları ilə üst-üstə düşür  Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) mütəmadi olaraq sosial sorğular həyata keçirir. Mövcud hakimiyyətin reytinqini və ictimai əhval ruhiyyəni öyrənmək üçün bu cür sorğuları analitik mərkəzlər də həyata keçirir. Sputnik Azərbaycan bu barədə “News.am”-a istinadən xəbər verir.
“Əldə etdiyimiz məlumata görə, bir ABŞ şirkətinin yanvar ayının sonunda həyata keçirdiyi araşdırmaların nəticələri göstərir ki, baş nazir Nikol Paşinyanın reytinqi 51% civarındadır və onun reytinqinin aşağı düşmə tendensiyası müşahidə olunur. Serj Sarqsyan və Respublika Partiyasının reytinqi isə əksinə 4-dən 8%-ə yüksəlib. Daşnaksutyun partiyasının reytinqi də 1,5%-ə yüksəlib. Bu reytinqin nəticələri cüzi fərqlə erməni təşkilatlarının sosial sorğuları ilə üst-üstə düşür”, – deyə nəşr yazır.
2019-03-28T18:40 xeber – /strong
mənbə :
Sputnik

ABS sirketi: Nikol Pasinyanin reytinqi dusub