[r32]
20 Mart, 2019 23:44 xeber – Azərbaycan millisi səfərdə Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl son məşqə çıxıb.
“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Hazırlıq prosesini AFFA-nın baş katibi Elxan Məmmədov, I vitse-prezident Rauf Əliyev, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev və onun “Keşlə”dəki həmkarı Zaur Axundov da izləyib.
“Milli Dəstə” fan-klubunun 10-dək üzvü tribunadan yığmaya dəstək olublar.
Futbolçular media üçün açıq olan bölümdə fiziki təmrinləri yerinə yetiriblər.
Martın 21-də “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
mənbə :
Report.az