[r32]
Umayra Tağıyeva: “Hazırda baş verənlər mart ayı üçün səciyəvi hava dəyişkənliyidir” “İki kontrast hava kütləsinin Yeni Torpaq ərazisindən (Şimal Buzlu okeanda yerləşən arxipelaq – red.) Cənubi Qafqaza doğru uzanan antisiklonun yalı, eyni zamanda Xəzərin cənub-şərqində müşahidə olunan siklonun qarşılıqlı əlagəsi nəticəsində hal-hazırda şimal küləyinin güclənməsi müşahidə edilir”.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, hazırda baş verənlər mart ayı üçün səciyəvi hava dəyişkənliyidir.
“Bu, qışla yaz arası keçıd dövrünə xas olan prosesdir. Küləyin maksimal sürəti saniyədə 25-28 metr, dalğanın hündürlüyü isə açıq dənizdə 5,5 metr təşkil edir” – direktor vurğulayıb.
“Müqaisə üçün qeyd edək ki, bu, cari ilin yanvar ayının 17-dən 18-ə keçən gecə müşahidə olunan prosesdən zəifdir, çünki o zaman küləyin maksimal sürəti saniyədə 40 metrə çatırdı. Sabah, mart ayının 19-da günün ikinci yarısından küləyin sürəti tədricən azalacaq” – deyə o, əlavə edib.
2019-03-18T15:44 xeber – /strong
mənbə :
Sputnik
Küləyin nə zaman səngiyəcəyi bəlli oldu
18-03-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib