[r32]
12 Mart, 2019 00:27 xeber – Gəncə şəhərində “Mercedes” markalı avtomobil tərəfindən vurularaq ölən piyadanın şəxsiyyəti müəyyənləşib.
“Report”un Qərb bürosu xəbər verir ki, bu, 1952-ci il təvəllüdlü Əli Məmmədovdur.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən marketlərdən birinin önündə baş verib.
***11 Mart/22:59
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub.
Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.
hadise/salyanda-motosiklet-piyada-qadinlari-vurub/”>vurub.
mənbə :
Report.az