[r32]
27 Yanvar, 2019 05:43 xeber – Rusiyanın Saratov vilayətinin Lısıye Qorı qəsəbəsində yerləşən “Randevu” kafesində partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, təqribən 30 nəfər yaralanıb.“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Lısıye Qorı rayon xəstəxanasının həkimi deyib.”Bədəninin 90 faizi yanan kişi Lısıqor rayon xəstəxanasında dünyasını dəyişib. O, süni ağciyər ventilyasiysı altında idi”, – deyə o bildirib.Kafedə qaz balonu partlayıb və bu, yanğınla nəticələnib. Hadisə toy şənliyi zamanı baş verib. Xəsarət alan 30 nəfərdən 14-ü xəstəxanaya yerləşdirilib. Onlardan da biri orada keçinib.
mənbə :
Report.az