[r32]
24 Yanvar, 2019 21:08 xeber – Böyük Britaniya hökuməti Venesuelanın demokratik yolla seçilmiş Milli Assambleyasını (parlament) və onun sədri, müxalifətin lideri Xuan Quaydonu dəstəkləyir.“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş nazirinin sözçüsü bildirib.“2018-ci ilin prezident seçkiləri nə azad, nə də ədalətli olub, rejimin köklü qüsuru yalnız gücə əsaslanmasıdır”, – deyən rəsmi Venesuela hökumətinin ABŞ ilə diplomatik əlaqələri kəsməsini yolverilməz adlandırıb.“Böhranın həlli səfirin deportasiyası yox, barışçı və diplomatik yollar tapmaqla mümkündür”, – o vurğulayıb.
mənbə :
Report.az