23:19 xeber – Amerika Kubokunun başa çatmasından sonra stadion açılışında iştirak etmək üçün Qabona səfər edən Lionel Messi bu ölkənin müхalifəti tərəfindən hədəfə alınıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu səfər üçün ölkə prezidenti Ali Bonqo Ondimbadan 3,5 milyon avro aldığı üçün tənqid olunan argentinalı ulduz bu dəfə geyiminə görə hədəfə çevirilib.
Lionel Messinin Qabona səfəri
Qabonda fəaliyyət göstərən müхalifət partiyası UPG onun dövlət rəhbərlərinin qarşısına idman geyimində çıхmasını tənqid edib: “Sən Lionel Messisənsə, milyonersənsə, “banan respublikası” olsa belə dövlət rəhbələrinin qarşısına şortla, əllərin cibində çıхa bilməzsən. Qabon bir ölkədir, zoopark deyil. Argentinada Qabonun necə təqdim olunduğunu bilmirik. Amma onun bu səhlənkarlığı, standard və prinsiplərə hörmətsizliyini qınayırıq”.
Messi stadionun təməlini qoyur
Messi və Qabon prezidenti Ali Bonqo
Lionel Messi şok xəbərlə sarsıldı
mənbə :
anspress