[r32]
16 Oktyabr, 2018 20:58 xeber – futbol/ukrayna-klubu-futbolcularini-yalan-detektoru-ile-test-edib/”
class=”nc-exp-icon-wrap”>
Ukrayna klubu futbolçularını yalan detektoru ilə test edib
16 Oktyabr, 2018 20:58
Bakı. 16 oktyabr. REPORT.AZ/ Ukraynanın “Lvov” klubu Premyer Liqanın XI turunda evdə “Desna”ya 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra maraqlı addım atıb. “Report” “FootbalHub”a istinadən xəbər verir ki, klub rəhbərliyi oyundan sonra futbolçuları yalan detektoru ilə test edib. “Lvov”un bütün futbolçularından matçın ədalətli olub-olmadığı soruşulub. Qeyd edək ki, bu qarşılaşmadan əvvəl “Lvov” beş oyun məğlub olmayıb.
mənbə :
Report.az