[r32]
2018-10-16T19:05 xeber – “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi yüksək səviyyədə hazırlanıb, lakin, buraya “dini xurafat” anlayışının əlavə edilməsini təklif edirəm”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır. Bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir.
Orta məktəblərdə “Həyat bilgisi” dərsinin keçirilməsinin müsbət olduğunu deyən deputat bildirib ki, həmin dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: “Qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.
mənbə :
Sputnik
Millət vəkilindən dini xurafat xəbərdarlığı
16-10-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib