[r32]
31 Avqust, 2018 15:53 xeber – Gürcüstanın tanınmış aktyor və müğənnisi, 80 yaşlı Vaxtanq Kikabidze Tbilisidəki klinikalardan birinə yerləşdirilib.”Report” “Qovorit Moskva” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlər V.Kikabidzenin İosif Kobzonun dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlandıqda öyrəniblər.”Heç kim məni dəfn mərasiminə dəvət etməyib. Hazırda xəstəxanadayam”, – V.Kikabidze bildirib.Xatırladaq ki, İ.Kobzonun dəfn mərasimi sentyabrın 2-də keçiriləcək.
mənbə :
Report.az