İçeriğe geçmek için "Enter"a basın

Mingeçevirde supermarketden bahalı içkiler oğurlanıb

04-02-2015


04.02.2015 / 18:05 xeber –

Son vaxtlar Mingəçevir şəhərində fəaliyyət göstərən ərzaq mağazalarında silsilə oğurluq qeydə alınır. Həmin oğurluq hadisələri mağazalardakı nəzarət kameralarına düşüb və bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciətlər olunub. Oğurluq edən şəxslərin kimliyi hələ müəyyənləşməyib. Bu günlərdə naməlum şəxslər şəhərin ən böyük ərzaq mağazası olan “5+Market”dən bahalı spirtli içkiləri, yuyucu toz götürərək, heç nə olmamış kimi oranı tərk ediblər.

 

Marketin rəhbərliyi APA TV-nin yerli bürosuna bildirib ki, onlar bu cür oğurluq halları ilə tez-tez qarşılaşırlar və baş verən hadisələrin hər biri nəzarət kameralarına düşür. Oğurluq edənlər isə müxtəlif yaş kateqoriyasında olur: "Oğurluq edən azyaşlıdırsa, bu zaman valideynlərinə xəbərdarlıq edilir, 18 və daha yuxarı yaşlı olarsa,  tutularaq polisə təhvil verilir. Supermarketdən ən çox oğurlanan isə spirtli içkilər, kimyəvi yuyucu tozlar, konservləşdirilmiş qidalar və yağ məhsullarıdır".

 

Bu mağazanı mühafizə dəstəsi qoruyur. Bundan başqa, marketdə nəzarət kameraları, oğurluq zamanı xəbəredici siqnallar quraşdırılıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

 

Mənbə : Lent.az

Mingeçevirde supermarketden bahalı içkiler oğurlanıb