İçeriğe geçmek için "Enter"a basın

Azerbaycan diasporunun keçmiş rehberi güllelenib

04-02-2015


04.02.2015 / 12:52 xeber –

Onun meyiti öz maşınında tapılıb

Ukraynanın Luqansk şəhərinin Şevçenko kvartalında Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavinin meyiti tapılıb.

 

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında rayon mərkəzindəki marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb.

 

O, avtomatdan açılmış atəş nəticəsində ölüb. Meyitin üzərində çoxsaylı güllə yaraları aşkar edilib. Hazırda separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan şəhərdə onun kiminləsə intriqasının, probleminin olmadığı bildirilir.

 

Hazırda Y. Nəsibovon meyitinin Azərbaycana gətirilib doğulduğu rayonda dəfn olunması üçün tədbirlər görülür.

Mənbə : Lent.az

Azerbaycan diasporunun keçmiş rehberi güllelenib