İçeriğe geçmek için "Enter"a basın

Bakıda dehşetli aile faciesi: arvadını öldürüb damarlarını kesdi

04-02-2015


04.02.2015 / 10:09 xeber –

Hadisə qadının kirayə yaşadığı evdə baş verib

Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, Y.V.Çəmənzəminli küçəsi 106, mənzil 44-də kirayədə yaşayan 1987-ci il təvəllüdlü Muradova Nubar Cuma qızı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Kazımov Qurban Əflatun oğlu tərəfindən amansızlıqla öldürülüb. Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan 28 yaşlı qadın hadisə yerindəcə keçinib. Q.Kazımov hadisəni törətdikdən sonra bıçaqla öz bilək damarlarını kəsib. İntihar etmək istəyən 33 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə iş başlanılıb.

Mənbə : Lent.az

Bakıda dehşetli aile faciesi: arvadını öldürüb damarlarını kesdi