[r32]
2018-06-01T12:55 xeber – İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasında keçirilən seçkidə bu posta Balakişi Qasımov seçilib.
“İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.
İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər.
Qeyd edək ki, Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər namizədliyini irəli sürmüşdü. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.
mənbə :
Sputnik
İctimai Televisiyaya yeni baş direktor seçildı
01-06-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib