[r32]
31 May, 2018 20:13 xeber – İtaliyanın “Roma” komandasının futbolçusu Cengiz Ünder klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.”Report”un klubun saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsverməni birinci pillədə başa vurub. İtaliyalı Lorenzo Pelleqreni 2-ci, çexiyalı Patrik Şik isə 3-cü olub.Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə “Roma”nın heyətində 32 oyunda iştirak edib. Gənc futbolçu bu qarşılaşmalarda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
mənbə :
Report.az