[r32]
2018-05-30T18:37 xeber – Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasiliy Qriçak bəyan edib ki, ötən gün öldürüldüyü deyilən jurnalist Arkadiy Babçenko sağdır. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
UTX məlumat yayıb ki, quruma əvvəlcədən jurnalistin öldürüləcəyinə dair məlumat daxil olub və qurum bu cinayətin qarşısını alıb.
Xatırladaq ki, dünən Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenko qətlə yetirildiyi bildirilirdi.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi kollegiyasının üzvü, Ali Radanın deputatı Anton Geraşenko məlumat vermişdi.
“Qatil onu binanın girişində pilləkənin altında gözləyib. Arkadi mənzilin qapısını açarkən qatil onu kürəyindən bir neçə güllə ilə vurub” — deyə Geraşenko öz Facebook səhifəsində yazıb.
“Qətllə” bağlı polisə Babçenkonun həyat yoldaşı məlumat verib.
Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Babçenko güllələnərkən yoldaşı vanna otağında olub. O, atəş səslərinə çölə çıxıb və ərini qan içində görüb. “Təcili yardım” çağırıb. Jurnalist təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb.
Arkadi Babçenko “Moskovskiy komsomolets” və “Novаya qazeta” qəzetlərinin hərbi müxbiri olub. Rusiyanın Birinci kanalı və TV Tsentr-lə əməkdaşlıq edib. Gürcü-Cənubi Osetiya münaqişəsini işıqlandırıb.
O, 2016-cı ilin dekabrında Tu-154 təyyarəsinin qəzaya uğramasına şübhə ilə yanaşması səbəbindən Rusiyanı tərk edib. O, Kiyevdə ATR telekanalında “Prime: Babçenko” verlişini aparırdı.
mənbə :
Sputnik
Öldürülən jurnalistin sağ olduğu məlum oldu
30-05-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib