[r32]
29 May, 2018 12:36 xeber – Yerevan Dövlət Universitetinn tələbələri mayın 29-da tətil elan edərək dərslərə girməyiblər. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar ali məktəbin qarşısında etiraz aksiyası keçiriblər. Tələbələr universitetin rektoru Aram Simonyanın istefasını tələb edirlər.Onlar eyni zamanda ali məktəbdə maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, eləcə də Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətinin müvəqqəti dayandırılmasına dair tələblər də irəli sürüblər.
mənbə :
Report.az