İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda uşaqların məktəbə qəbulunda mühüm dəyişiklik edilir

22-05-2018

[r32]
2018-05-22T16:29 xeber -Digər dəyişikliklə isə 19.12-ci maddə ləğv edilir
azerbaycanda ibtidai Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, həmin qanunun 19-cu maddəsinə (Ümumi təhsil) əlavə təklif edilir. 19.11-ci maddəyə aşağıdakı məzmunda 2-ci cümlə əlavə edilir: “Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər”.
Qeyd edək ki, 19.11-ci maddənin birinci cümləsində deyilir ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
Digər dəyişikliklə isə 19.12-ci maddə ləğv edilir. Həmin maddəyə görə, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
mənbə :
Sputnik

Azerbaycanda usaqlarin mektebe qebulunda vacibibtidai teh deyisiklik edilir