[r32]
10 May, 2018 17:52 xeber – 8 nömrəli sanatoriya tipli internat məktəb bu təhsil ocağında 16 yaşlı qızın zorlanmaya məruz qalmasına dair KİV-də yayılmış məlumatlara münasibət bildirib.“Report”a daxil olan açıqlamada bildirilib ki, hər iki yeniyetmə göstərilən internat məktəbinin şagirdi deyil, məktəbdən məzun olublar: “Məlumat üçün qeyd edək ki, 17 yaşlı qız anası onu sevdiyi oğlana vermədiyi halda, intihar edəcəyini deyib. Anası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qız yalan danışdığını deyib. Bu zaman anası 102 xidmətinə yenidən zəng vurub və qızının ona yalan söylədiyini bildirib”.
*** 15:24
Bakı. 10 may. REPORT.AZ/ Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.“Report” xəbər verir ki, paytaxt sakini C.A. polisə müraciət edərək Bakıdakı internat məktəblərdən birində 16 yaşlı qızı – N.A.-nın döyüldüyünü və internatda yaşayan R. adlı şəxs tərəfindən zorlandığını bildirib.Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.N.A.-nın yaxınları “Report”a müraciət edərək bildirib ki, zorlanma ilə bağlı şikayət ərizəsi geri götürülüb: “Zorlama hadisəsi olmayıb”.
mənbə :
Report.az