[r32]
xeber –
Müğənni Nadir Qafarzadə həmkarları Əli Mirəliyevin müdafiəsinə qalxıb. Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər verilişində bildirib ki, gənc müğənnilər Ə.Mirəliyevin üzünə ağ olur və bu da onun xoşa gəlmir:
“Əli Mirəliyevi lağa qoyan müğənnilər, gedin qanqalınızı otlayın, adam olanda gələrsiniz. Mən qıcıqlanıram. Şəxsən yolda görsəm, tutub səni boğub öldürərəm. Ağsaqqal kişidir, utanmırsınızmı onun üzünə ağ olursunuz?! Ölüb-yerə girmirsən?! Mən Əli Mirəliyevi görəndə qorxuram ki, addımımda səhv tutar”.
mənbə :
Lent.az