İçeriğe geçmek için "Enter"a basın

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

08-05-2018

[r32]

8 May, 2018  13:35 xeber – Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.“Report” xəbər verir ki, mayın 8-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib. Ermənistanın baş naziri vəzifəsinə “Mənim Addımım” Hərəkatının sədri, parlamentdəki “Çıxış” deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.Qeyd edək ki, mayın 1-də keçirilən birinci turda Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxmışdı. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir. Xatırladaq ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.

mənbə :
Report.az

Nikol Pasinyan Ermenistanin bas naziri secilib