[r32]
2018-05-05T19:33 xeber – Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 39 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyiti tapılıb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib.
©
Sputnik / Anar MustafayevLənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü
1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığını etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyit hazırda ekskumasiya olunur.
Qeyd edək ki, M.Babayev itkin düşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir.
Meyit ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.
mənbə :
Sputnik
Öldürüb, sonra yaşadığı evin zirzəmisində basdırıb
05-05-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib