[r32]
2 May, 2018 21:05 xeber – Ermənistan parlamentinin üç müxalif fraksiyası – “Elk”, “Daşnaksütyun” və “Çarukyan” bloku müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan “Respublika” meydanında keçirilən mitinqdə bildirib.”Parlament fraksiyaları: – “Elk”, “Daşnaksütyun” və “Çarukyan” bloku sabah mənim baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəklər. Respublikaçılar partiyası artıq mənim namizədliyimə səs verməyə hazır olduğunu bildirib”, – deyə Paşinyan qeyd edib.”Sabah biz parlamentdə fraksiyalarla işləyəcəyik, siz isə dincələcəksiniz”, – deyə o, tərəfdarlarına müraciət edib. Paşinyan qeyd edib ki, cümə axşamı vətəndaş itaətsizliyi aksiyası olmayacaq.
mənbə :
Report.az