[r32]
9 Aprel, 2018 08:51 xeber – Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.”Report”un yerli bürosu xəbər verir ki, şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
mənbə :
Report.az