[r32]
9 Aprel, 2018 07:05 xeber – Almaniyanın Federal Daxili İşlər Nazirliyinin dövlət katibi Ştefan Mayer bildirib ki, ölkə cihadçıları alman pasportundan məhrum edəcək.”Report” xəbər verir ki, bu barədə “Der Westen” məlumat yayıb.Ştefan Mayerin sözlərinə görə, nazirlik cihadçıları onların ikinci vətəndaşlıqlarının olmasına görə alman vətəndaşlığından məhrum etmək niyyətindədir. O, əlavə edib ki, bu, AFR-ın Daxili İşlər Nazirliyi üçün birinci dərəcəli vəzifədir. Qanun layihəsi tezliklə baxılması üçün parlamentə göndəriləcək.
mənbə :
Report.az