[r32]
4 Aprel, 2018 19:29 xeber – Azərbaycanla əməkdaşlığımızın inkişafı üçün potensial böyükdür. Bizim uzunmüddətli və tarixi əlaqələrimiz var”.
“Report”un verdiyi xəbərə görə, bunu Hindistan Respublikasının xarici işlər naziri Suşma Svarac azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Hindistan Qərb bazarlarına yerli malların daha tez çatdırılması üçün nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır.
Suşma Svarac texniki əməkdaşlıq çərçivəsində hər il 20 azərbaycanlı tələbənin Hindistanda təcrübə keçdiyini xatırladıb.
“Biz iqlim dəyişikliyi və terrorizmə qarşı mübarizəyə dair məsələlərdə də eyni mövqeyə sahibik”, – Hindistan XİN başçısı əlavə edib.
O, E.Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.
2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan S.Svarac bunun məhsuldar olacağına əminliyini ifadə edib və bildirib ki, həmin üç il ərzində Hindistan da təşkilatın inkişafına öz töhfəsini verməyə çalışacaq.
mənbə :
Report.az