[r32]
2018-04-02T17:18 xeber – Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Çölbağırlı kəndində gənc qız özünü asaraq, öldürüb. Gəncin nişanlı olduğu bildirilir.
Özünü öldürən şəxsin 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı olduğu bildirilir. O, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.
Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.
Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
mənbə :
Sputnik
Şamaxıda 17 yaşlı nişanlı qız intihar etdi
02-04-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib