İçeriğe geçmek için "Enter"a basın

Çin Mərkəzi Bankı FED-in faiz artımı ilə bağlı qərarından sonra borclanma xərclərini qaldırıb

22-03-2018

[r32]

22 Mart, 2018  16:11 xeber – Çin Mərkəzi Bankı (PBOC) ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımından sonra 7 günlük əks-REPO faizini 2,50 %-dən 2,55%-ə qaldırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı açıqlama yayıb. 
Bildirilib ki, bu addım bazar gözləntilərinə uyğundur və FED-in faiz artımına verilən normal reaksiyadır.
Qeyd edək ki, FED martın 21-də uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.
Dünya mətbuatının yazdığına görə, FED-in faiz artımı qərarından sonra dolların kursu sabit qalıb, qiymətli metallar isə bahalaşıb. 

mənbə :
Report.az

Cin Merkezi Banki FED-in faiz artimi ile bagli qerarindan sonra borclanma xerclerini qaldirib