[r32]
2018-03-19T19:25 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı mühüm açıqlamalar verib. Sputnik Azərbaycan “Sözçü”yə istinadla xəbər verir ki, Ərdoğan İraqın Sincar bölgəsində də əməliyyat apara biləcəklərini bəyan edib.
Türkiyə prezidenti Afrin əməliyyatı barədə danışaraq vurğulayıb ki, bu əməliyyat barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq edib: “Hər an qəfil gələrik dedik. Gəldik və bu vəziyyətə kimi gətirdik. Bu günə kimi 3622 terrorçu zərərsizləşdirilib. Dünən səhər sonuncu əməliyyat yerinə yetirildi. Hazırda Azad Suriya Ordusu bizim əsgərlərlə birlikdə əldəqayırma bomba və terrorçuların axtarışını həyata keçirir. Əmin olduğumuz ana qədər bu proses davam edəcək. Oranın xalqı oraya sakit şəkildə girəcək və girməyə başlayıb. Söhbət 500 minlik əhalisi olan yerdən gedir. Bunun davamı var. Onlar da həll olacaq. Bizim dərdimiz işğal deyil. Dərdimiz terrorçulara qarşı təmizlik həyata keçirmək və onların ölkəmizə təhdidinin qarşısını almaqdır”
Ərdoğan bəyan edib ki, lazım gəlsə, Şimali İraqdakı Sincar bölgəsinə də girəcəklər: ““Biz mərkəzi hökumətə dedik ki, bu məsələni həll edin. Bir gecə qəfildən Sincara girərik və oradakı PKK-çıları təmizləyərik. Onlar bizə dedilər ki, sizə xəbər edəcəyik. Lakin hələ də xəbər etmirlər. Bu məsələ uzanarsa, yeni bir “Zeytun budağı” əməliyyatı ola bilər”.
mənbə :
Sputnik
Ərdoğandan daha bir “Zeytun budağı” əməliyyatı anonsu
19-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib