[r32]
2018-03-14T14:56 xeber – Xaçmazda 13 yaşlı oğlan az qala atasının məsuliyyətsizliyinin və səhlənkarlığının qurbanı olacaqdı. Belə ki, kiçik qardaş böyük qardaşını evin divarından asılmış ov tüfəngi ilə güllələyib.
©
Sputnik / Rahim Zakiroğlu Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı
Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Polis İdarəsindən məlumat verilib. İnsident martın 13-də, gündüz saatlarında Şıxıyevlər ailəsində baş verib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına odlu silahdan açılan atəş nəticəsində ayağından yaralanmış yerli sakin, 2005-ci il təvəllüdlü Rəvan Şıxıyev gətirilib.
Araşdırma zamanı məlum olub ki, 13 yaşlı Rəvan və onun 10 yaşlı qardaşı evdə bir-birilə oynayırmış. Oyun zamanı Rəvan digər otağa qaçaraq qapını arxadan bağlayıb ki, qardaşı ora daxil ola bilməsin. Amma balaca qardaş atasının divardan asılan ov tüfəngini götürərək ondan atəş açıb. Bu zaman tüfəngin içində dolu patron var imiş. Güllə qapını deşərək böyük qardaşın ayağına dəyib.
Faktla bağlı araşdırma davam edir. Qardaşı tərəfindən güllələnən Rəvanın isə vəziyyəti normaldır.
mənbə :
Sputnik
Azərbaycanda iki qardaş arasında qorxulu oyun
14-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib