[r32]
13 Mart, 2018 18:55 xeber – Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.
mənbə :
Report.az