İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda dövlət idarəsinin seyfi oğurlandı

10-03-2018

[r32]
2018-03-10T15:37 xeber – Biləsuvar rayonunda poçtdan oğurluq olub.
Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.
Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.
Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
mənbə :
Sputnik

Azerbaycanda dovlet idaresinin seyfi ogurlandi