[r32]
10 Mart, 2018 11:37 xeber – Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.
“Report”un xəbərinə görə, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.
Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.
mənbə :
Report.az