[r32]
2018-03-09T19:03 xeber – Bu gün Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyun 3-0 hesabı ilə Azərbaycanın qalibiyyəti ilə nəticələnib.
Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.Azərbaycanlı və latviyalı deputatlar arasında beynəlxalq futbol turniri
©
Sputnik / Fuad HasanovAzərbaycanlı və latviyalı deputatlar arasında beynəlxalq futbol turniri /
©
Sputnik / Fuad HasanovStadiona gələn azarkeşlərin sayı oyuna olan böyük marağın təzahürü idi
©
Sputnik / Fuad Hasanov1 / 3
©
Sputnik / Fuad HasanovAzərbaycanlı və latviyalı deputatlar arasında beynəlxalq futbol turniri
Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb. “B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Oyunlarda əsas məqsəd parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.
Turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.
mənbə :
Sputnik
"Azərbaycan turnirə qələbə ilə başladı"
09-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib