İçeriğe geçmek için "Enter"a basın

Britaniyada zəhərlənənlərin sayı 21 nəfərə çatıb

08-03-2018

[r32]

8 Mart, 2018  22:56 xeber – Britaniyada Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalyanın da zəhərləndiyi hadisədə xəsarət alanların sayı 20 nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə “Sky News” Uiltşir polisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, 21 nəfərə tibbi yardım göstərilib. “Çoxlarını müalicə etmək lazım gəlib, ümumilikdə kişi və qadın daxil olmaqla, hansılar ki, skamyada (Skripalya və onun qızı) tapılıblar – onların sayı təxminən 21 nəfərdir”, – deyə polisdən bildirinlər.

Qeyd edilir ki, hazırda xəstəxanada Skripalya, onun qızı Yuliya və polis zabiti müalicələrini davam etdirirlər.
mənbə :
Report.az

Britaniyada zeherlenenlerin sayi 21 nefere catib