İçeriğe geçmek için "Enter"a basın

Lənkəranda 30 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib - YENİLƏNİB

08-03-2018

[r32]

8 Mart, 2018  22:00 xeber – Lənkəran sakini intihara cəhd edib.
“Report”un Cənub bürosu xəbər verir ki, 1988-ci il təvəllüdlü Darquba kənd sakini Abbasova Zülfiyyə Qəribəli qızı ailə-münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edib.
Atasının evinə gələn qadın axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

***21:27
Lənkəran sakini intihara cəhd edib.
“Report”un Cənub bürosu xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən 30 yaşlı qadın sirkə turşusu içib.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
mənbə :
Report.az

Lenkeranda 30 yasli qadin sirke tursusu icerek intihara cehd edib