İçeriğe geçmek için "Enter"a basın

27 yaşlı qız özünü 4-cü mərtəbədən atdı

08-03-2018

[r32]
xeber –

Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki  yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. 

MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb. 

Faktla bağlı araşdırma aparılır. 



mənbə :
Lent.az

27 yasli qiz ozunu 4-cu mertebeden atdi