İçeriğe geçmek için "Enter"a basın

Arif Alışanovdan 4 milyon yarım manat dəyərində YENİ İDDİA

07-03-2018

[r32]
xeber –

AZTV- ə sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin   sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücaət Əkbərov vəsatət qaldırıb. O Arif Alışanovun məhkəmədə iştirakın təmin edilməsini istəyib: "O gəlmirsə, məhkəmə də təxirə salınsın. Təkcə Alışanov yox digər zərərçəkənlər də qızı da bura gəlməlidir".

 

Təqsirləndirilənin vəsatəti təmin edilmədi.

Məhkəməyə Arif Alışanov tərəfindən iddia ərizəsi daxil olub. O, təqsirləndirilən Şücaət Əkbərova qarşı 4 milyon 582 min manat mülki iddia qaldırıb. O, həmçinin Şücaət Əkbərovun əmlakına həbs qoyularaq ona ödənilməsi istəyib.

mənbə :
Lent.az

Arif Alisanovdan 4 milyon yarim manat deyerinde YENİ İDDİA