İçeriğe geçmek için "Enter"a basın

Fransa Antidopinq Komitəsi boksçu Toni Yokanı 1 illik diskvalifikasiya edib

07-03-2018

[r32]

7 Mart, 2018  00:14 xeber – Fransa Antidopinq Komitəsi boksçu Toni Yokanı 1 illik diskvalifikasiya edib.
“Report”un “L Equipe” nəşrinə istinadən verdiyi məlumatına görə, səbəb fransalı idmançının dopinq-test proseduruna 3 dəfə məhəl qoymamasıdır.
Antidopinq qaydalarını pozan 26 yaşlı boksçunun cəzası 2 ilədək uzadıla bilər.
Toni Yoka 91 kq-dan yuxarı çəki dərəcəsində 2015-ci ildə dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Bu çəkidə Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov dünya çempionatına qatılmayıb, olimpiadada isə 1/8 finalda qazaxıstanlı İvan Dıçkoya uduzaraq, mübarizəni dayandırıb.

mənbə :
Report.az

Fransa Antidopinq Komitesi bokscu Toni Yokani 1 illik diskvalifikasiya edib