[r32]
6 Mart, 2018 21:50 xeber – Suriyadakı “Xmeymim” hərbi bazasına eniş zamanı qəzaya uğrayan Rusiyaya məxsus “An-26” nəqliyyat təyyarəsində 39 nəfər olub. Onların heç biri sağ qalmayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə istinadən RİA “Novosti” məlumat yayıb.
Bildirilir ki, təyyarədə 33 sərnişin və 6 heyət üzvü olub.
Təyyarənin “qara qutusu” artıq tapılıb və “Xmeymim” bazasına aparılıb.
mənbə :
Report.az