[r32]
xeber –
Separatçı Dağlıq Qarabağrejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib.
O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.
mənbə :
Lent.az