İçeriğe geçmek için "Enter"a basın

Putin seçkilərə müdaxildə ittiham olunan şəxsləri ABŞ-a təhvil verməkdən imtina edib

04-03-2018

[r32]

4 Mart, 2018  20:22 xeber – Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.
“Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a”, – deyə prezident bildirib.
Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. “Onların dəqiq nə etdiklərini mən bilmirəm”, – deyə o bildirib.

mənbə :
Report.az

Putin seckilere mudaxilde ittiham olunan şəxsleri ABS-a tehvil vermekden imtina edib